Qazaxıstan çempionatında XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın çıxış etdiyi "Astana” doğma meydanda "Kayrat”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2. Almeyda 62-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, artıq çempionluğu təmin etmiş "Astana"nın hazırda 74 xalı var.
Fanat.Az