Litva çempionatında 31-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi "Stumbras” da növbəti görüşdə gücünü sınayıb.
Sözügedən kollektiv doğma meydanda lider "Suduva” ilə qarşılaşıb. Nağıyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:4.
Dmitriyə gəlincə, onun adı oyunun iştirak ərizəsinə salınmayıb.
"Stumbras” hazırda 48 xalla 8 iştirakçı arasında 3-cü pillədədi.
Fanat.Az