Almaniya Reginal Liqasının qərb zonasında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi "Ştralen” də növbəti matçına çıxıb. Səfərdə Köln "Viktoriya”sı ilə üz-üzə gələn Eratın komandası 2:2 hesablı bərabərlik sayəsində 1 xal qazanıb.
Start "11-lik"də yer alan Erat sonadək oynayıb.
Bu tur xal hesabını 21-ə çatdıran "Ştralen” turnir cədvəlində 18 iştirakçı arasında 11-cidi.
Fanat.Az