Almaniya II Bundesliqasında XII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsgebirge” "Heydenheym”in qonağı olub.
Ev sahibləri 54-cü dəqiqədə vurduqları qolla qələbə qazanıb. Nazarov 62-ci dəqiqədə Paskal Testroenin əvəzinə döyüşə atılıb. Amma o da komandasını yenilgidən xilas etməyi bacarmayıb.
14 xalı olan Aue təmsilçisi turnir cədvəlində 18 komanda arasında 13-cüdü.
Fanat.Az