Türkiyə PTT I liqasında XI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Taşkın İlterin formasını geyindiyi "Afjet Afyonspor” "Adana Dəmirspor”un qonağı olub. Oyun "Adana Dəmirspor”un 1:0 hesablı qələbəsi ilə bitib. Start heyətində yer alan Taşkın 63-cü dəqiqədə əvəzlənib.
"Afjet Afyonspor” 11 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb.
Qeyd edək ki, U-19 və U-21 yığmamızda oynamış 24 yaşlı İlter 2013-cü ildə Berti Foqts tərəfindən 1 dəfə əsas milliyə də çağırılıb.
Fanat.Az