Almaniya GənclərBundesliqasının cənub zonasında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Ştutqarter Kikkers”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Murad matçın 64-cü dəqiqəsində meydana çıxıb.
Keçirdiyi bütün oyunlarında uduzan frankfurtlular turnir cədvəlində 14 iştirakçı arasında sonuncudu.
Fanat.Az