Azərbaycan I divizionunun 10-cu turunun oyun cədvəlində dəyişiklik edilib.
Fanat.Az xəvər verir ki, "Qarabağ” komandasının bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olduğu üçün Azərbaycan birinci divizionunun 10-cu turunun "Neftçi-2” - "Qarabağ-2” matçı təxirə salınıb.
"Qarabağ” klubunun müraciətini, "Neftçi” klubunun razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 9 noyabrda deyil, 3 dekabrda keçirilməsinə qərar verib.
Fanat.Az