12:37 08.11.2018 1256

Danışan şəkillər, danışmayan Məmmədov

Ölkə turlarını bəyənmir, onun işi sərhədlərimiz xaricindədi. 2 gün iş, 3 gün şəxsi maraqları, biznes fəaliyyəti üçün gəzir, dolaşır.
 
Elxan Məmmədov son bir ayı ancaq fotosessiyalara həsr edib. Hər pozada fotosu var, özünü işgüzar imicdə göstərir, hətta futboldankənar tədbirlərin də mərkəzindədi. Hətta qırağında olanda da təbliğatını elə qurub ki, baş rolda görsənir. AFFA-nın rəsmi saytını sosial şəbəkə hesabına çevirib. Qurumun dügər rəhbərləri ilə bağlı ildə 2-3 dəfə şəkli, xəbər görürüksə, baş katib hər həftə reklam olunur.
 
Olsun, Türkiyədə də iş görmək lazımdı, İsveçrədə də, İngiltərədə də. Amma hərdən Qəbələyə də baş çəkmək lazımdı. Futbol təsərrüfatının faktiki rəhbəridisə, Elxan Məmmədov bu sahənin bölgələrdəki tək dayağı olan klubun yanında olmalıdı. Problem içində olan uşaq futbolumuzun xarabalıqları içində tək çiçək kimi boy atan klub akademiyasının komandası Çempionlar Liqasında oynayırsa, baş katib orada görünməlidi.
 
"Qəbələ” – "Herta” matçında kim var idi? Müxtəlif yaş qrupundan olan millilərin baş məşqilərindən başqa heç kim. AFFA-dan kimsə özünə əziyyət verib bölgəyə getməmişdi. Nə Məmmədov, nə vitse-prezidentlər, nə komitə rəhbərləri. Halbuki uşaq futboluna cavabdeh olan Rauf Əliyevin orada olmaq boynunun borcu idi. Millilərin səfər oyununa getdiyi kimi. Yoxsa xarici səfərlərə getmək qazanclı, Qəbələyə yollanmaq əziyyətlidi? Ay sizi dovşan yesin...
 
Ümumiyyətlə, Elxan Məmmədov son vaxtlar görünür, amma danışmır. Ən problemli dövrdü, ona görə. Gözləyir narazılar, məsuliyyət daşıyanlar bir-birini qırsın və sonda o, müharibə meydanına qalib kimi daxil olsun. Vaxt qazanır, seyr edir, varlığını fotosessiyalarla göstərir.
 
Ancaq Məmmədov bu həftə futbolla bağlı önəmli bir tədbirdə mütləq görünməliydi. Milli komandaların ofisinin açılışında baş katib yox idi. Millinin baş məşqçisi Qurban Qurbanov köməkçiləri ilə məşvərətə onu buraxmamışdı. Bəlkə də münasibətlər elə səviyyədədi ki, katib özü də bu təşəbbüsdə olmamışdı.
 
Həftə içində 2 vacib tədbir olub və Məmmədov birbaşa işi omasına baxmayaraq, heç birində görünməyib. Ona xarici səfərlər, şəxsi təbliğatı lazımdı. İzləyirik, hesabatların veriləcəyi ilsonunu gözləyirik...

Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
18:05

AFFA rəsmiləri FIFA sammitində

17:59

Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradıldı

17:41

Səudiyyə Ərəbistanı klubu Poqbanı aparır - SON DURUM

17:23

Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

17:05

Rekord məbləğdə transfer reallaşır - Alman ulduz tibbi müayinədən keçdi

16:47

"Roma"nın keçmiş idman direktoru Premyer Liqa klubu ilə anlaşdı

16:29

Vüqar Nadirov növbəti mövsümə harada başlayacaq? - AÇIQLAMA

16:11

"Liverpul"un sabiq ulduzu Belçika klubundan qovuldu

15:53

U-14-dən ardıcıl üçüncü qələbə

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:18

"Arsenal", yoxsa "Mançester Yunayted"? - Dyökereş seçimini etdi

14:59

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı

14:42

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

14:23

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

Facebookdan bizi izləməyi unutmayın.
X