"Keşlə”nin futbolçusu Ebrima Sohna ölkəsinin millisinə çağırılıb.
Fanat.Az Bakı təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qambiya yığmasının baş məşqçisi Tom Seyntfitin seçməyə dəvət etdiyi oyunçuların kimliyi və sayı bəllidi. Siyahıda 20 nəfərin adı var ki, bunlardan da biri Sohnadı.
Qambiya Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Benini qəbul edəcək. Görüş 17 noyabrda reallaşacaq.
Qeyd edək ki, 4 oyunda 2 xal yığmağı bacaran Qambiya D qrupunda sonuncudu.
Fanat.Az