Bu gün Topaz Premyer Liqasında XI tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" üz-üzə gəlib. Oyun Premyer Liqa təcrübəsi daha çox olan "Səbail"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 2-ci dəqiqədə Ruslan Qurbanov açıb. 27-ci dəqiqədə Kevin Kubemba fərqlənib. 57-77-ci dəqiqələrdə dubl edən Yevgeni Koçuk son nöqtəni qoyub.
Bununla da "Səbail" "Qarabağ"la xal hesabını bərabərləşdirib və ən azı bi günlük ikinci pilləyə yüksəlib. "Sabah" 11 oyundan 16 xalla 4-cü pilləni tutur. Bu komandalar arasında yeganə qarşılaşma ilk dövrəyə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb - 0:0.
Günün digər matçında lider "Neftçi" ilə autsayder "Zirə" üz-gəlib. Hesabı 36-cı dəqiqədə Baqali Dabo açıb. "Zirə" 77-ci dəqiqədə Tellur Mütəllimovun qolu ilə bərabərliyi təmin edib. 80-cı dəqiqədə Mirabdulla Abbasov "Neftçi"ni yenidən hesabda önə keçirsə də, 3 dəqiqə sonra "Zirə" status-kvonu bərpa edib. Bu dəfə Vüsal İsgəndərli fərqlənib.
Hazırda 26 xalla 1-ci pillədə qərarlaşan "Neftçi" ilə sonuncu yerdəki qəsəbə təmsilçisi arasında 20 xallıq fərq mövcuddu. Bu komandalar arısında çempionatda 14-cü matç olub. Bunlardan 2-də "Neftçi", 8-də qəsəbə təmsilçisi qalib gəlib, 4 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti 18:11 "Zirə"nin xeyrinədi.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Keşlə" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, X tur
10 noyabr
Sabah - Səbail 0:4
Qollar: Ruslan Qurbanov, 2. Kevin Kubemba, 27. Yevgeni Koçuk, 57; 77.
Sabah: 30. Saşa Stamenkoviç, 7. Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 25. Vanderson Silva, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 14. Rahid Əmirquliyev (k), 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Əlincə Arena”.
Neftçi - Zirə 2:2
Qollar: Baqali Dabo, 36. Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 77. Vüsal İsgəndərli, 83.
Neftçi: 1. Səlahət Ağayev, 6. Qoran Paratski, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Federiko, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 4. Rəşad Eyyubov, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 11. Kvame Karikari, 17. Rəhman Hacıyev, 33. Ricat Qarayev, 37. Vüsal Əsgərov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara,26. Miloş Rodivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov,77. Mirsahib Abbasov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.
Hakim-inspektor: Əli Hüseynov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bakcell Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
11 |
8 |
2 |
1 |
22:9 |
26 |
2 |
Səbail |
11 |
6 |
2 |
3 |
16:11 |
20 |
3 |
Qarabağ |
10 |
6 |
2 |
2 |
17:11 |
20 |
4 |
Sabah |
11 |
5 |
1 |
5 |
9:15 |
16 |
5 |
Qəbələ |
10 |
3 |
3 |
4 |
14:14 |
12 |
6 |
Sumqayıt |
10 |
3 |
2 |
5 |
10:13 |
11 |
7 |
Keşlə |
10 |
1 |
3 |
6 |
8:14 |
6 |
8 |
Zirə |
11 |
1 |
3 |
7 |
9:18 |
6 |
Bombardirlər |
Baqali Dabo (Neftçi) - 6. Marko Deviç (Sabah) - 5. İnnosent Emeqara (Qarabağ),
Mirabdulla Abbasov (Neftçi) - 4. |
Qeyd |
IV turda "Zirə"yə, VIII turda isə
"Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib. |
Fanat.Az