Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" Bakıya ciddi itkilərlə gələcək.
Fanat.Az xəbər verir ki, Portuqaliya klubu iki futbolçusunun xidmətindən məhrum olub. Belə ki, Markos Xavyer Akunya və Jeremi Matyö turnirin IV turunun səfərdə "Arsenal"la keçirdikləri (0:0) oyunda cəzalı duruma düşüb.
Akunya qrup mərhələsində 3-cü sarı vərəqəni alaraq limiti doldurub. Matyö isə erməni Henrix Mxitaryana qarşı kobud oyuna görə qırmızı vərəqə alıb.
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21.55-də başlayacaq.
Fanat.Az