Çempionatda yaranan fasilədən istifadə edən "Keşlə" yoxlama matçı keçirib.
Fanat.Az xəbər verir ki, "ASK Arena"da komanda I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.
Oyun 5:1 hesabı ilə "Keşlə"nin xeyrinə başa çatıb. Tərlan Əhmədovun komandasında Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahadur Nəsimov fərqlənib.
Fanat.Az