"Facebook"un məşhur futbol səhifələrindən olan "Offside” maraqlı sorğu keçirib.
Fanat.Az xəbər verir ki, səhifə Azərbaycan millisinin UEFA Millətlər Liqasında uğursuzluğunun səbəbkarının kim olmasını araşdırıb.
Bununla bağlı yaradılan sorğu 4300 nəfəri əhatə edib və istifadəçilər AFFA-nın baş katibi Elxan Məmmədovla yığmanın çalışdırıcısı Qurban Qurbanov arasında seçim ediblər. Sorğu iştirakçılarının 85 faizi Elxan Məmmədovu günahkar hesab edib. 15 faiz isə Qurbanova səs verib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol