19:14 24.11.2018 1392

Tərlan Əhmədov: "Torba" sözünü işlədənlər..."

"Qarşılıqlı hücumlarla keçən oyun izlədik. Ötən matçla müqayisədə dəyişikliklər etmişdik. Kamran və Diallo yığmadan zədəli qayıtmışdı. Giorgiadze məşqdə zədələnmişdi. İki səhvdən qol buradıq. Böyük hesabla uduza da bilərdik. Çünki rəqib bizi əks-hücularda yaxalayırdı”.

 

Fanat.Az-ın məlumatına görə, bu sözləri "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.


Topaz Premyer Liqasının XII turunda doğma meydanda "Qəbələ” ilə qarşılaşan paytaxt təmsilçisi 1:2 hesabı ilə məğlub olub.


Qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşən Əhmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Məni ən çox narahat edən çox top buraxmağımız və az qol vurmağımızdı. Hücumda bacarmadıq, müdafiədə isə səhvlər etdik. Kamra Ağayevin olmaması, bəzi futbolçuların sonradan oyuna girməsi təsir etdi. Sonda 3-4-3 sisteminə keçmişdik. Daha aqressiv oynaya bilmədik. Bizi ağır oyunlar gözləyir. Hazırlaşmağa çalışacağıq”.


- Kamranın zədəsi nə dərəcədə ciddidi? Mətbuatda xoşagəlməz söhbətlər dolaşır...

- Bilmirəm, nə yazırlar. Belə çıxır ki, Kamran yığmanı pis vəziyyətdə qoyub? Yaxşı, Farer adaları ilə oyunda əvəzləndi və komanda qələbə qazandı. Amma onda heç kim demədi ki, Kamran yoxdu. Həqiqət odu ki, ciddi zədəsi var. Əzələsəində qan yığılıb. Bunu MRT göstərmir. Bu gün yığma tək Kamrandan asılıdısa, nədənsə danışmağa haqqımız yoxdu. Mətbuatda əvvəl yazılırdı ki, Səlahət daha yaxşı oynayır. İndi isə Kamranın üstünə yıxırlar ki, oynamadı, komanda uduzdu. Çalışırıq ki, növbəti oyuna hazırlayaq. Belə şayiələri buraxanlar gərək utansın.


- Uzun müddət yığmada çıxış etmisiz. Son günlər yayılan "torba” söhbətləri barədə fikriniz nədi?

- Bir dəfə demişdim ki, oyun alqı-satqısı, "torba” sözünü işlədənlər deməli, nə zamansa onunla məşğul olub. Heç zaman deyə bilmərəm ki, futbolçular bilərəkdən oynamayıblar. Heç vaxt insanları belə şeylərlə ittiham edə bilmərəm. Oyun necə satılır ki? Elə deyənlər gərək sübut etsinlər. Dəfələrlə demişəm ki, belə şeyləri danışanların özləri araşdırılmalıdı. İnanmıram ki, yığmada belə işlər olsun. Kimsə 100 faiz bilirsə, bunu sübut etsin.


- "Keşlə”də cüzi, yoxsa ciddi dəyişikliklərə ehtiyac var?

- Əvvəl bir transfer pəncərəsi zamanı 20-30 futbolçu transfer etmək olurdu. İndi isə mövsüm üçün limit var. Mümkün deyil ki, bütün komandanı dəyişək, amma cüzi transferlər olacaq. Həm əcnəbi, həm yerli futbolçu axtarışındayıq. Limitə görə oynatmağa yerli oyunçu tapmaq çətindi.


- Lazım gəlsə, klub olaraq Kamranın zədəli olduğu ilə bağlı həkimin imzaladığı sənədi göstərə biərsiz? Bu gün 90 dəqiqə ayaq üstə idi...

- Heç bir porblem yoxdu. Zədələr müxtəlifdi. Azər Salahlının ayağı gipsdədi, onun bazaya gəlməsinə də imkan vermirəm. Kamranda isə başqa cürdü. Əzələsində qan yığılıb və bu kəskin hərəkət zamanı ciddi problem yarada bilər. Ona diqqətlə baxsaz, axsadığını görərsiz. O qədər düşüncəsizik ki, hazır ola-ola onu ehtiyatda saxlayaq? Davud çoxdan idi oynamırdı və biz məcburiyyətdən onu meydana buraxdıq. Millinin həkiminin açıqlaması söz-söhbətlərə səbəb olub. Onun özünü məhşər ayağına çəkmək lazımdı. Çünki Farer adaları ilə oyundan öncə Kamranın zədəsi ilə bağlı söhbət olub. Amma oynamasında problem olmayacağını deyib. Nəticə də belədi.


- Denis Silva sanki müdafiədə tək idi.Müdafiədə dəyişiklik etmək barədə düşünmürsüz?

- Yeni futbolçularımız olsa, çoxdan dəyişikliklər edərdim. Futbolçu qıtlığı var. Azər Salahlı, Murad Qayalı, Ayite zədəlidi.


- Hansı mövqeləri gücləndirməyə daha çox ehtiyac var?

- Bütün mövqeləri. Amma daha çox orta xəttə futbolçu almaq istəyirik.

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2025
18:15

Qurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi

17:58

"Sabah" Sloveniya təmsilçisinə uduzsa... - Potensial rəqibi bəlli oldu

17:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:22

Rusiya klubu fəaliyyətini dayandırdı - RƏSMİ

17:03

"Barselona" yeni transferini açıqladı

16:45

"Barselona"ya keçəcəyi gözlənilən qapıçı klubundan ayrıldı - RƏSMİ

16:26

Konfrans Liqası: "Zirə" Xorvatiya, "Araz-Naxçıvan" isə Yunanıstan təmsilçisinə rəqib oldu

16:08

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

15:50

Çempionlar Liqasında II mərhələnin püşkü atıldı

15:31

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlandı

15:12

"Sabah"ın potensial rəqibinin kimliyinə aydınlıq gəldi

14:52

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

14:33

"Araz-Naxçıvan" 4 legioneri ilə vidalaşdı

14:14

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bilindi

13:51

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

13:33

AMADA rəsmiləri Avropa antidopinq konfransında iştirak ediblər

13:15

Belarus yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

12:56

FİFA İsraildə oynayan legionerlərlə bağlı qərar verməyə hazırlaşır - İDDİA

12:37

Qvardiola İngiltərədə çalışdığı müddətdə ilk dəfə bu addımı atdı

12:18

Mbappe klublararası dünya çempionatının ilk oyununu buraxa bilər - SƏBƏB

11:59

İngiltərə nəhəngi 39 yaşlı veteranla anlaşdı

11:41

"Araz-Naxçıvan" hazırlığa start verdi

11:22

"İnter" xal itkisi ilə başladı - VİDEO

11:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:45

Klublararası dünya çempionatı: "Real Madrid" ilə "Mançester Siti" ilk sınağına çıxır

10:26

Dünya çempionu: Zelim Kotsoyev mübarizəyə başlayır

09:46

"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşir - PÜŞKATMA

09:24

Xabi Alonso Rodriqo barədə suala belə cavab verdi

09:00

Serxio Ramos qol vurdu, komandası "İnter"ə uduzmadı

01:14

"River Pleyt" Yaponiya təmsilçisini inamla yendi

00:44

"Sabah"ın rəqibi Zaqreb "Dinamo"sunun futbolçusu ilə gücləndi - RƏSMİ

00:07

"Sabah" Azərbaycanı FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək

17 İyun 2025
23:50

"Liverpul" Osimhen üçün "Napoli"yə iki futbolçusunu təklif etdi - ADLAR

22:31

"Borussiya" Braziliya təmsilçisini yenə bilmədi

22:03

"Qarabağ" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

21:50

İtaliya nəhəngi idman direktorunu postundan uzaqlaşdırdı

21:29

"Vilyarreal" yeni vingerlə gücləndi - RƏSMİ

20:18

"Orada "Latsio"da bir ilə qazandığımı bir aya qazana bilərdim" - Sarri rədd etdiyi təklifdən danışdı

19:34

"Sabah" legioneri ilə əməkdaşlığa son qoydu - RƏSMİ

19:16

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X