Topaz Premyer Liqasının XII turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, gənc referi "Dalğa Arena”da keçirilən "Zirə” - "Sumqayıt” matçını (3:1) idarə edib. O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. O, ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.
Qeyd edək ki, Bayramov debüt matçında rəqiblərə eyni sayda - hərəsinə 2 sarı vərəqə göstərib.
Fanat.Az