"Sportinq" Avropa Liqasının qrup mərhələsinin V turunda qadşılaşacağı "Qarabağ"la oyunun hazırlıqlarına başlayıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya klubu 4 əskiklə məşq edib. Belə ki, Stefan Ristovski, Rodriqo Battalya, Fredi Montero və Rafinya zədə səbəbindən məşqdə iştirak etməyiblər.
Adıçəkilən futbolçular həkim nəzarətindədi. Onların "Qarabağ"a qarşı oynayıb-oynamayacaqları bilinmir.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - "Sportinq” oyunu noyabrın 29-u saat 21.55-də başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol