AFFA İntizam Komitəsi "Səbail"in kapitanı Elton Yaqubluya ağır cəza verib.
Fanat.Az xəbər verir ki, bununla bağlı qərar İK-in bugün keçirilən iclasında qəbul olunub.
Topaz Premyer Liqasının XII turunun "Səbail” - "Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Fanat.Az