"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Sənan Qurbanov komandanı yanvarın 6-da toplayacaq.
"Qələlə" 6 gün ölkə daxilində hazırlıq keçəcək. Komandanın Qəbələdə və ya Bakıda hazırlaşması hava şəraitindən aslı olacaq.
"Qırmızı-qaralar" yanvarın 12-də Türkiyəyə yollanacaq və Antalyadakı "Trendy Lara” otelində məskunlaşacaq. "Qəbələ" 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-sı, 20-si, 24-ü və 26-sında baş tutacaq qarşılaşmadakı rəqiblər hələ bəlli deyil.
Fanat.Az