"Astana" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan klubu Kiyev "Dinamo"sunu qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbsi ilə yekunlaşlıb.
"Astana"da çıxış edən millimizin üzvü Riçard Almeyda start heyətində yer alıb. Futbolçumuz 58-ci dəqiqədə Serikxan Mujikov tərəfindən əvəzlənib.
Bu nəticədən sonra "Dinamo" 1/16 finala vəsiqə qazanıb. "Astana" isə 8 xalla ikinci pillədə qərarlaşıb. Bu gecə "Renn" "Yablonets"lə səfər oyununda xal itirsə, Qazaxıstan təmsilçisi də növəti mərhələyə vəsiqəni təmin edəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol