10:13 01.12.2018 1665

Külək hayandan əsdi və ya Kamran Quliyevin köhnə biznesi

Son zamanlar mətbuatda bəzi yazılar dərc olunur. Bizim mətbuata bələd olan və anlayan biri kimi bütün bunların haradan qaynaqlandığını yaxşı bilirəm. Demək olar ki, hamının ittiham olunduğu, amma təkrar oxuduqda yanlış olduğu dərhal anlaşılır. Ancaq razılaşın ki, maraqlı mövzudu.

Bir neçə kluba və AFFA-ya müraciət edərək bildirdim ki, bu məqalə ilə bağlı məsələlərə aydınlıq gətirmək istəyirəm. Həm klublar, həm də assosiasiyadan bildirdilər ki, suallarımı cavablandırmağa hazırdırlar. Eyni zamanda, Kit Pro şirkətinin təsisçiləri ilə də əlaqə saxladım ki, hər şey şəffaf və ədalətli olsun. Bundan əlavə, klublarımıza forma satan müxtəlif idman brendlərinin nümayəndələrinin fikirlərini öyrəndim. Beləliklə, başlayaq…

Biznes – idman geyimlərinin satışı kifayət qədər gəlirli işdi. Nəzərə alsaq ki, komandalar formalarını mütəmadi olaraq yeniləyirlər, bu işə düzgün və konstruktiv yanaşılsa, müəyyən qədər gələcəyini də təmin edə bilərsən. Azərbaycanda bu cəlbedici bizneslə məşğul olan çoxlu şirkət və fərdi sahibkarlar var. Azərbaycanda forma satışı ilə məşğul olan ən tanınmış şəxslərdən biri futbol meneceri Kamil Məmmədovdu. İndi də bu sahədə işini davam etdirir.

Həmçinin, bu bizneslə Anar adlı bir şəxs də (əlaqə saxlamağa cəhd etsəm də, mümkün olmadı) məşğul olur. Qeyd etdiyim məqalədə bu barədə yazılmışdı. Başqa sözlə, artıq müəyyən mənada həqiqət var. Bununla yanaşı, bu sahədə fəaliyyət göstərən şirkətlər də var ki, onların adını çəkmək istəmirəm, çünki bunun müqabilində mənə reklam pulu ödəməli olardılar. Amma bu işlə məşğul olduğunu dəqiq bildiyim 5 kampaniya barədə məlumatlıyam.

İndi isə məqalənin mənfi obrazı olan Murad Nağıyevin kim olmasına nəzər salaq. İdman fəaliyyəti ilə də məşğul olan biznesmen, həmçinin marketinq, PR yatırımlar, qonaqpərvərlik xidmətləri, futbolda rəqəmsal texnologiyalar, futbol bazarının təhlili onun gördüyü işlər sırasındadı. Avropada yaşayır, Bakıya tez-tez gəlir. Özündən və ona yaxın olan şəxslərdən əldə etdiyim məlumata görə, İngiltərə, Rusiya və Azərbaycanda ofisləri var. Belə deyək – kiçik sahibkar.

Yeri gəlmişkən, bu, onun özü barədə səsləndirdiyi sitatdır. Kit Pro şirkətini o, dostu Kamillə birgə yaradıb (onlar uzun illərdi ki, dostluq edirlər). Çünki idman geyimlərinin satışı məsələsində peşəkar yanaşmanın çatışmadığını hiss edib. Şirkət qurulan kimi klublarla çalışmağa başlayıb. AFFA ilə də işbirliyi qurmağa cəhd edib, lakin assosiasiya birbaşa, vasitəçilər olmadan Nike şirkəti ilə əməkdaşlığa üstünlük verib.

Nike şirkətinin MDB ölkələri üzrə nümayəndəliyi ilə əlaqə saxladıq və aldığımız cavabı diqqətinizə çatdırırıq: "Biz AFFA ilə vasitəçilərin iştirakı ilə çalışmaq istəyirdik. Lakin baş katib, baş mühasib, auditorun iştirakı ilə keçirdiyimiz ilk görüşdə AFFA nümayəndələri bizə qəti şəkildə bildirdilər ki, hər hansı vasitəçi ilə deyil, birbaşa Nike şirkəti ilə əməkdaşlıq edəcəklər. Bundan sonra əməkdaşlığımız başladı. Həm əsas milli komanda, həm də gənclərdən ibarət yığmalar forma dəsti ilə təmin olundu və indi də Nike brendindən istifadə edirlər. Üstəlik, AFFA bizi razı salmağa müvəffəq oldu ki, Azərbaycan Premyer Liqasını Nike topları ilə təmin edək. Lazımi sayda toplar göndərdik və sevinirik ki, Azərbaycan Premyer Liqasında Nike şirkətinin istehsalı olan toplarla oynayırlar”.

Göründüyü kimi, AFFA birbaşa  Nike şirkətinin rəsmi nümayəndələri ilə əməkdaşlıq edib/edir və heç bir vasitəçinin xidmətindən yararlanmayıb/yararlanmır.

İndi isə, Makron və Xoma brendlərinə diqqət yetirək. Kit Pro şirkəti AFFA-ya milli komandaların istifadəsi üçün yuxarıda qeyd olunmuş iki idman geyimi brendi ilə əməkdaşlıq etmək təklifini irəli sürmüşdü. AFFA-nın cavabı belə olub: "Milli komandalar ən yüksək səviyyəli, top brendlərin istehsalı olan formalarla təmin olunur. Amma eyni zamanda gələcəkdə ehtiyac olarsa və uyğun aşağı qiymətlər nəzərə alınaraq, Kit Pro şirkətinə müraciət oluna bilər”.

Onu da öyrənə bildik ki, AFFA ilə Kit Pro şirkəti arasında əməkdaşlıq cəmi 29 min manat vəsaiti əhatə edib. Bu isə Region Liqasında iştirak edən komandaların geyimlə təmin olunmasına sərf olunan vəsaitdi. Region Liqası komandalarının forma ilə AFFA tərəfindən təmin olunması barədə qərarı isə İcraiyyə Komitəsi qəbul edib və bu işin icrası baş katibliyə tapşırılıb.

Klublarla adıçəkilən brendlərin əməkdaşlığına gəlincə, Makron, Xoma, Jivovo və Kappa-nın nümayəndələri ilə əlaqə saxladıq. Onlar bildirdi ki, Kit Pro-nu da, digər şirkətləri də tanıyırlar. Amma Kit Pro Azərbaycan ərazisində lazımi qədər fəallıq göstərə bilmədiyi üçün digər şirkətlərlə və ya fərdi sahibkarlarla əməkdaşlıq edirlər. Onların sadaladıqları arasında Kamil, Anar, Asif və Vüqar adlarına rast gəlsək də, sonuncu eşitdiyimiz – Kamran – bizi daha çox təəccübləndirdi.

Ona görə təəccübləndirdi ki, həmin şəxsin Kamran Quliyev olduğu müəyyənləşdi. Nə demək olar, belə çıxır ki, bütün neqativ şeyləri bir və ya iki adamın üzərinə yıxmaq istəyirmişlər. İndi isə küləyin haradan əsdiyi bəlli olur.

Maraqlı budur ki, o – Kamran Quliyev bu işlərlə "Sumqayıt” klubunda çalışdığı dövrdə də məşğul olub, yeni klubunda da davam edir. Bəlkə də bu bir təsadüfdü. Sadəcə, insanların yalan danışmasını görüb-duymaq xoş deyil. Klub nümayəndələrinə isə sözümüz o olardı ki, klublarının problemlərini düşünsünlər, forma satışında vasitəçi olmasınlar.

Mənbə: Matc.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X