UEFA-nın 2017/18 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi "Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə "Qarabağ”a verilib.
Qeyd edək ki, UEFA 2017/2018 mövsümündə ÇL-in pley-off və qrup mərhələsində çıxışına görə "Qarabağ”a 16 milyon 819 min avro mükafat ayırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol