"Səbail” yarımmüdafiəçi Edqar Paçekonu yola salıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun feysbuk səhifəsi yayıb. Meksikalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib. 28 yaşlı oyunçu azad agent statusuyla Bakı təmsilçisindən gedib.
Paçeko "Səbail"ə bu ilin yayında Kiprin "Doxa Katokopias" klubundan keçmişdi.
Fanat.Az