21:41 08.12.2018 1756

Gündəm: Baş katibin bəhanələrinə izahlı sözardı

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Elxan Məmmədov jurnalistlər önünə çıxdı. Baş katibin bir gün öncədən planlaşdırılmış islahatlar haqda nə deyəcəyi böyük maraq doğururdu.

 

 

Səbəb əvəzinə bəhanə gətirməyi sevən, hər suala xüsusi təbəssümlə diplomatik cavab axtarmağı özünə həyat kredosu seçən adam Məmmədovluğuna sadiq qaldı. Stuxlikin hesabatını və lisenziyalaşdırma ilə bağlı verilən qərarları hələlik bir kənara qoymaq şərti ilə baş katibin bir neçə fikrini müzakirə etməyə dəyər.


 

 

Sadə bəhanə


Elxan bəy millinin çalışdırıcısı Qurban Qurbanovla əməkdaşlığa son qoyulmasına belə izah verməyə çalışıb:

 

"Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyni zamanda "Qarabağ”ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün "Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdi. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdü Ötən il İK qərarı qəbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindi. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O, son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlər oldu”.


Adam elə danışıb ki, guya başqa mütəxəssis bu futbolçularla daha yaxşı nəticə qazanıb, Kosovolu qrupda birinci olacaqmış. Gülünc özünümüdafiə metodu. Məmmədovun seçməyə gətirdiyi əcnəbilərdən heç biri bacarmazdı. Nə Foqts, nə Robert Prosineçki, nə də başqası… İki yerdə fəaliyyətin nəticələrə təsirinə gəlincə, bu, sonu əvvəldən görünən finişdi. Yəni, hamının ağlına gələ biləcək sadə bəhanədi. Məmmədov 4 fərqli yarışda iştirak amilini 12 ay əvvəl anlamalı, Qurbanovu yığmanın "sükanı arxası”nda nüfuzdan salmaq hədəfi uğrunda 100 dona girməməliydi. Ən azı ona görə ki, milli forma, milli rəmzlər sınaq poliqonunda ortaya atıla bilməz.

 

Bizimkidi, yad deyil


"Keçən il aşağı yaş millilərinə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi”.


Qurban bəylə birgə millilərə gələn mütəxəssislərin göndərilməsi kürümə əməliyyatıdı. Komanda şəklində göndəriliblər. U-19-la elit-raunda yüksələn Vüqar Məmməd isə "daha əvvəldən bizimlə əməkdaşlıq” etirdi izahı ilə işində qalır. Qalsın, elit-raunda yüksəlibsə, mühakimə olunmur. İlkin mərhələdə Gürcüstanın İsraillə 1:1 hesablı heç-heçəsi sayəsində bəxt üzünə gülübsə belə, qalibdi. Ancaq "vəzir” daha yumşaq, çoxlarına məğzi aydın olmayan eyhamla kifayətlənib.

 


AÇ-2020 sərsəmləməsi


"İcraiyyə Komitəsinin üzvləri və AFFA prezidenti artıq katibliyə tapşırıq verib. Namizədlərin siyahısı hazırlanmalı və rəhbərliyə təqdim olunmalıdır. Mövzu əcnəbi və yerli mütəxəssisdən getmədi. Namizədləri Məşqçilər Komitəsi ilə müzakirə edəcəyik. Onların fikrini bilmək çox vacibdir. Namizədlərin siyahısı hazırlanacaq və rəhbərliyə təqdim olunacaq”.


Hazırlaşın, növbəti əcnəbi dönəmi başlayır. Qurbanovdan sonra yığmaya gedən hansı azərbaycanlı çalışdırıcıdan daha artığını gözləyə bilərik? Düzdü, elita klublarında fəaliyyətə yeni başlayan bir neçə potensiallı mütəxəssisin adını çəkmək də olar. Lakin konkret olaraq dosyeləri araşdırınca "bu daha artığını edər” fikrinə tapınmaq qeyri-mümkündü. Gəlmələrə pul "yedirtmək”, onların xərcləri fonunda milli futbolun "kaftarlar”ını bəsləmək yeganə variantdı. Təbii ki, yeni gələcək mütəxəssisin 12 ay fəaliyyətdən sonra indikindən yaxşı nəticə verəcəyinə Məmmədov özü də inanmır. Futbol məmuru media mənsublarını yola verməklə kifayətlənib. Dəqiqləşdirsək, özü özünə badalaq vurub. Ardıcıl sıxma-boğma sayəsində hədəflər haqda uğursuz açıqlama ilə yadda qalıb:

 

"Hədəf daha əvvəlki illərlə müqayisədə daha yaxşı nəticə qazanmaqdı. Ancaq gəlin, əvvəlcə yeni baş məşqçini müəyyənlədirək, sonra hədəflər barədə danışaq. Yox, tələblər baş məşqçilərə görə təbii ki, dəyişmir. Ancaq biz reallığı nəzərə almalıyıq. 2020-ci il çempionatı çox vacibdi. Çünki ev sahibliyi edəcəyik. Vəsiqə qazansaq, iki oyunu Bakıda keçirəcəyik. Yeni baş məşqçi ilə danışıqlar zamanı AVRO-2020-nin niyə vacib olduğu izah ediləcək. 2016-da demirdik, 2024 üçün də ola bilər, deməyək. Ancaq indi bu, çox vacibdi.


Daha yaxşı nəticə qazanmaq və AVRO-2020... Əvvəlki illəri nəzərə almalıyıq… 4-cü yer və ya 11 xaldan çox… Ancaq AÇ-2020 bizim üçün indi, xüsusilə, vacibdi…”


Rabitəsiz sərsəmləməni xatırladır. AÇ-2020? Bu sözü dilə gətirmək mənəvi cinayətdi. "Niyə də yox” boyda eyforiyadı. Elxan bəy reallıq hissini itirməyib. Özü bu an, bu gün üçün vaxt qazanır.

 

 

"Vəzir”in təkəbbürü


 

Millinin uğursuzluqlarından sonra mediada və sosial şəbəkələrdə daha çox günahkar sayılan AFFA rəsmisi tənqidə dözümlü olmağın vacibliyindən söhbət açıb:

 

"Növbəti həyatımda futbolçu olmağa çalışaram. Bilirsiniz, süni şəkildə hər şey ola bilər. Sərbəstlikdi, hər insan istədiyi fikri irəli sürə bilər. Şərt odur ki, təhqir etmədən. Biz sağlam tənqidi alqışlayırıq, bundan nəticə çıxarmağa çalışırıq. İnsanın şəxsi həyatı da belədi. Hər insan sağlam tənqidi qəbul etməlidi. Bu gün AFFA olaraq, bütün milli komandalara dəstək göstərmişik. Elə bir təlim-məşq toplanışı yoxdu ki, subyektiv yanaşaq və onu ləğv edək. Bu, dəfələrlə müzakirə olunur. Biz şərait yaradırıq, uşaq futboluna dəstək veririk”.


 

Süni şəkildə ona qarşı kampaniya başladan kim imiş görəsən? Millilərdən göndərilən adamlar? Bəlkə onun "kreslo”sunu devirməyə - saray çevrilişinə hazırlaşırlarmış? Təlim-məşq toplanışıyla iş bitmir… Baş katib belə desək, atı qoyub kənara, çula döyəcləyib, xırda çaba ilə vəziyyətdən çıxıb. Demək olar ki, suala da cavab verməyib.

 

 

"Şüşəli saray”dakı söz sahibi öz günahlarını, heç olmasa, futbolun bu günə düşməsindəki suçunun bir qismini boynuna almağa cəsarət tapmır. Ona "10 ildi postunuzdasız. Uğursuzluqlar olduqca baş məşqçilər dəyişdirilir. Mümkün deyil ki, bu qədər uğursuzluqda AFFA-nın strukturunun rolu olmasın. Ancaq federasiyada hər hansı istefa, dəyişiklik müzakirə olunmur. Absurddu ki, idarəçilərdə heç bir problem yoxdu...” sualını ünvanlayan media mənsubuyla qətiyyən razılaşmır:

 

"Bu, sizin şəxsi fikrinizdi. Absurd sizin üçün görünə bilər, Futbol ictimaiyyətində belə bir fikir səsləndirilməyib. Sosial şəbəkələrdə bizi günahkar görürlərsə, faktı əsas götürə bilmərik. Geniş futbol ictimaiyyəti var, AFFA-nın üzvləri var, dolayı üzvləri var və sair…”


Özündə zərrə qədər də yanlışlıq görməyən insanın AFFA-nın üzvləri və dolayı üzvlərinin olduğunu yada salması bariz acizlik nümunəsidi. Şübhəsiz, üzvlər, dolayı üzvlər, habelə, simasını itirmiş futbol veteranlarının böyük qismi elə Məmmədovun çaldığı havanı oynayır. İdman mətbuatı və sosial şəbəkələr isə gerçəkliyin aynasıdır. Bunu görməmək üçün kor, görə bilməmək üçün Elxan müəllim qədər özündən müştəbeh olmalısan.

 

 

Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X