"Qarabağ"a qarşı Avroliqa oyununda özümü ən yaxşı tərəfdən göstərmək əsas məqsədimdir".
Fanat.Az-ın məlumatına görə, bunu "Arsenal"ın yarımmüdafiəçisi Aleks İvobi deyib.
London klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son görüşünü dekabrın 13-də Azərbaycan çempionuna qarşı keçirəcək.
Bu mövsüm daha çox ehtiyatdan meydana daxil olan İvobi qarşıdakı oyunda start heyətində yer alacağına inanır. Nigeriya millisinin üzvü "Emireyts"dəki görüşdə yaxşı çıxışı edəcəyinə əmindi:
"Premyer Liqada "Haddersfild"lə oyunun ikinci hissəsində meydanda oldum. Baş məşqçimiz məndən razı qaldığını dedi. Hər kəsi yaxşı mənada təəccübləndirmək üçün "Qarabağ"la matçda da şans qazanmaq istəyirəm".
Fanat.Az