AFFA-nın baş katibi Elxan Məmmədov futbol qurumunda qohumlarına və yaxınlarına meydan verib.
Fanat.Az-ın məlumatına görə, hazırda AFFA-da baş katibin nə az, nə çox 7 adamı işləyir. Müxtəlif departamentlərə səpələnən 7 nəfərdən heç biri daha öncə futbol fəaliyyəti ilə məşğul olmayıb. Bunlardan 4-ü Məmmədovun qan qohumu, 3-ü isə dost-tanışlarının xahişi ilə assosiasiyaya yolu açılmış adamlardı.
Qarşı tərəfin izahını işıqlandırmağa hazırıq.
Fanat.Az