Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda keçiriləcək "Arsenal” - "Qarabağ” oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA dekabrın 13-də Londondakı "Emireyts” stadionunda baş tutacaq görüşü danimarkalı ədalət təmsilçilərinə həvalə edib.
Matçın baş hakimi baş hakimi Yens Moe olacaq. Ona Lars Hummelqorla Heyne Serensen yardım edəcək. Dördüncü hakim funksiyasının Esper Dal yerinə yetirəcək. Yorgen Burxardt və Morten Kroq qarşılaşmaya əlavə köməkçi hakim kimi təyinat alıb.
Hakimlərin işinə yunanıstanlı hakim-inspektor Stavros Tritsonis qiymət verəcək, görüşün UEFA nümayəndəsi isə finlandiyalı Styrbjörn Oskarsson olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun "Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol