Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ilk günündən sonra UEFA-nın əmsallar cədvəlində cüzi dəyişikliklər var.
Fanat.Az xəbər verir ki, Azərbaycan 26-cı yerdə - öz mövqeyində qalıb. Cari mövsümdə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 əmsalımız var. Hazırda Polşadan 0,250 əmsal geridəyiksə, İsraili 0,375 əmsal qabaqlayırıq.
Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdü.
Fanat.Az