Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək qarşı "Arsenal"ın güman edilən "11-liy"i müəyyənləşdirilib.
Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Unay Emeri bu qarşılaşmada eksperimental heyətin xidmətindən faydalanacaq.
Həftəsonu Premyer Liqada "Sauthempton"la üz-üzə gələcək "topçular”ın çalışdırıcısı komandada bir neçə zədəli olduğu üçün digər aparıcı oyunçuları qorumaq niyyətindədi.
Beləliklə, "çərçivə” zədədən dönən və son vaxtlar az oynayan Petr Çexə tapşırılacaq. Müdafiənin mərkəzində Sokratis Papastatopulosa uzunmüddətli zədəsini sağaldan kapitan Loren Keselni yer alacaq. Digər mərkəz müdafiəçiləri zədəli olduğundan, baş məşqçi Sokratisi məcburiyyətdən meydana buraxacaq. Müdafiənin solunda Enzli Meytlend-Naylz, sağ "qanad”ında Karl Yenkinson tər tökəcək.
4-2-3-1 düzümüylə meydana çıxacağı düşünülən İngiltərə təmsilçisinin müdafiə xəttinin önündə Matteo Qenduzi - Mohamed Elneni cütlüyü forma şansı qazanacaq. Pleymeyker funksiyasını Co Uillok yerinə yetirəcək. Aleks İvobi sol Emil Smit-Rou vinger ampluasında nəyə qadir olduğunu göstərməyə çalışacaq. Qana və İngiltərə vətəndaşlığı daşıyan 1999-cu il doğumlu Eddi Nketia isə "nizənin ucu”nda qərarlaşacaq.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Fanat.Az