Qarşısına növbəti çempionluq hədəfi qoyan "Qarabağ” qışda 2 ön xətt oyunçusunu göndərə bilər.
Fanat.Az-ın məlumatına görə, isveçrəli İnnosent Emeqaranın və konqolu Con Delarjın ümidləri doğrultmaması əsas müzakirə mövzusudu.
Millidən ayrılandan sonra bütün diqqətini klubdakı işinə yönəldən Qurban Qurbanov hər iki futbolçunun daha faydalıları ilə əvəzlənməsinin tərəfdarıdı. Lakin Ağdam klubuyla 3 illik anlaşması olan Delarj və Emeqara ilə durumu müzakirə etmək vacibdi. Tərəflər ortaq məxrəcə gələ biləcəyi halda sözügedən legionerləri yanvarda yola salacaq.
Fanat.Az