"Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".
Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.
"Təəssüf ki, hücumdakı problemlər bir oyunçu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdı. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdi. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq", - Qurbanov söyləyib. (Report)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol