Almaniyanın II Bundesliqasında XVII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun forma geyindiyi "Aue" doğma azarkeşləri önündə "Darmştadt"la qarşılaşıb.
Oyuna ehtiyatdan başlayan Nazarov 57-ci dəqiqədə hesab 1:0 olarkən meydana daxil olub. Bir qədər sonra "Aue" üstünlüyü 2 topa çatdırsa da, bunu qoruya bilməyib. 3 dəqiqə ərzində 2 qol vuran "Darmştadt" səfərdən 1 xalla dönməyə müvəffəq olub - 2:2
Bu bərabərlikdən sonra hər iki komandanın aktivində 19 xal var. "Aue" 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
Fanat.Az