İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2018” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatçıların təltif olunmasına start verilib:
"İlin qalibləri” tədbirinə verdiyi dəstəyə görə - Baş sponsor "Topaz”, sponsor – "IlAzero” və Bakı Olimpiya Olimpiya Stadionu
İlin idman xadimi: Fərid Qayıbov
İlin idman yarışı: Cüdo üzrə dünya çempionatı
Media ilə sıx və səmərəli əməkdaşlığa görə: Nigar Arpadarai (Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri)
"Təmiz İdman” mükafatı: Azərbaycan Milli Antidopinq Agentliyi
"Böyükağa Hacıyev mükafatı”: Samir Abasov ("Sumqayıt” / "Zirə” klubunun baş məşqçisi)
2017/18 mövsümünün futbolçusu: Cavid İmamverdiyev ("Sumqayıt” / "Sabah”)
İlin futbolçusu: Mirabdulla Abbasov ("Neftçi”)
İlin əcnəbi futbolçusu: Donald Gerrye ("Qarabağ”)
İlin baş məşqçisi: Qurban Qurbanov ("Qarabağ”)
İlin idmançısı: Eldəniz Əzizli (yunan-Roma güləşi)
Fanat.Az