11:50 18.12.2018 2517

Bordin qurban verilir - Müdhiş plan

"Neftçi”də baş verən proseslər hər kəsin diqqət mərkəzindədi. "Sabah”ı çətinliklə məğlub edən "ağ-qaralar” ardıcıl iki oyunda qola və qələbəyə həsrət qaldılar. Maraqlısı odu ki, "Sumqayıt”la qarşılaşmalara qədər Bordinli "Neftçi” bu mövsüm bütün qarşılaşmalarda rəqibin qapısına yol tapmışdı.

Bəs "Neftçi”də nə baş verir? Həqiqətənmi komandanın gücü "Sumqayıt”ı məğlub etməyə yetərli deyildi? Yoxsa futbolçular və italyan məşqçi vaxtın əvvəl yeni ili qeyd etməyə başlayıblar, çemodanları bayram tətili üçün toplanıb?

Maraqlıdı ki, "Neftçi”ni göydən yerə endirən, inamla irəliləyən komandanın yoluna daş qoyan da özgəsi deyil. "Sumqayıt” həm "Neftçi”, həm də klubun prezidenti üçün doğma klubdu. Hər iki klub eyni mənbədən maliyyələşir və idarə olunur. Riad Rəfiyev də Kamran Quliyev kimi AFFA-nın baş katibi Elxan Məmmədovun inanılmış kadrdıdı. Onlar eyni məclislərdə toplanır, "mətbəx” məsələlərini müzakirə edirlər. Belədə "Sumqayıt”ın "Neftçi”ni özbaşına, özü də ardıcıl iki oyunda dayandırması heç də sıradan olaya oxşamır.

"Əri ölmüş qadını it də qapdı” – məşhur atalar sözündə belə deyilir. "Neftçi”nin hazırda düşdüyü durum da buna bənzəyir. "Qarabağ”la xal fərqi cəmi 3-ə enib. Bu isə o deməkdi ki, çempionluq uğrunda yarışda cəmi bir məğlubiyyət "Neftçi” üçün hər şeyin sonu ola bilər. Kubok mübarizəsində də işlər qaydasında deyil. Çox güman ki, "Sumqayıt”la cavab görüşündə "ağ-qaralar” kubokla azı bir mövsümlük vidalaşmalı olacaq. Bütün bunlar azmış kimi, "Forza Neftçi”yə qarşı təzyiqlər artıb və bunun nəticəsində Azərbaycan ən güclü azarkeş qruplarından biri tribunadan çəkilib. "Neftçi” meydandakı lider futbolçuları qədər vacib olan azarkeşlərini - əsas gücünü itirib. Sizcə, bütün bunların qısa zaman kəsiyində baş verməsi təsadüfdürmü?

Bəli, bu boyda təsadüfün olması mümkün deyil. "Neftçi”yə, daha doğrusu italyan çalışdırıcı Roberto Bordinə qarşı müdhiş planların, gizli oyunların qurulması çox inandırıcıdı. Hədəfdə "Neftçi” deyil, onun xarizmatik baş məşqçisi Bordindi. Kluba yaxın olan mənbələrdən aldığımız məlumata görə, qış fasiləsində italyan məşqçi ilə yolların ayrılmasına hazırlıq görülür. Səbəb və ya bəhanə axtarmaq üçün çox da əziyyət çəkmək lazım da deyil. Nəticələr ortaya qoyulacaq və ayda təxminən 30 min avro qazancı olan Bordindən xal fərqinin əriməsinin, kubokun əldən çıxmasının hesabı sorulacaq.

Əlbəttə, Bordinin də arqumenti var. Heyəti özü qurmayıb, onun gəlişinə qədər hazırkı futbolçular "Neftçi”yə dəvət olunmuş, müqavilələr imzalanmış (faizlər də götürülümüşdü). Belədə Roberto komandanı qışda gücləndirmək, "Qarabağ”la rəqabət aparacaq gücdə olan transferlər etmək tələbini irəli sürə bilər. Bu da yolların ayrılması ilə nəticələnəcək.

Sual oluna bilər ki, Bordin getsə, onun yerinə kim gələcək?! Bu sualın cavabı ilə bağlı da müdhiş məlumatlar var. Sadəcə, araşdırmalar və bəzi dəqiqləşdirmələr aparmaqla məşğuluq. Çox tezliklə davamından da xəbərdar olacaqsız.

Mənbə: sport7.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

20:03

Avropa Liqası: "Sabah" qolla başladı - YENİLƏNIR

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X