"Qarabağ"ın qış təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Antalyada Polşa "Pyast"ı ilə qarşılaşacaq. Bu barədə polşalıların rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" və "Pyast" komandaları 2013/14 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam komandası səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.
Fanat.Az