PAOK-un futbolçusu Yevgeni Xaçeridi Azərbaycana transfer olunub.
Fanat.Az ukrayna mediasına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Macarıstan və Rumıniya ilə yanaşı, Azərbaycandan təklif alıb. Həmin klubların adları açıqlanmayıb.
Qeyd edək ki, bu yay transfer olunduğu PAOK-la 2021-ci ilədək müqaviləsi olan Xaçerdi cari mövsümdə 11 rəsmi oyunda meydana çıxıb. Ukraynalı müdafiəçi əvvəllər vətənində "Olkom", "Voln" və "Dinamo" (Kiyev) klublarında çıxış edib. 2009-cu ildən Ukrayna millisinə dəvət alan futbolçu 51 oyunda 3 qol vurub.
Fanat.Az