"Xəzər Lənkəran” və "Neftçi”dəki oyunu ilə yerli futbolsevərlərə tanış olan Julius Vobay yenidən Azərbaycan çempionatında peyda ola bilər.
Fanat.Az xəbər verir ki, 34 yaşlı sierra-leoneli futbolçunun xidməti menecerlər vasitəsi ilə Topaz Premyer Liqasının bir neçə iştirakçısına təklif edilib.
2017-ci ildə Lyublyana "Olimpiya”sından gedəndən sonra yaşıl meydanlarda gözə dəyməyən Vobay ayda 5-6 min dollar məvacibə oynamağa razıdı.
Qeyd edək ki, Julius bir müddət öncə milli karyerasını bitirib.
Fanat.Az