13:47 01.01.2019 2950

Zaur Axundov: "O xəbərə 15 dəqiqə ürəkdən gülmüşəm"

AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun müsahibəsi

- Futbolda kifayət qədər tanınan adamsınız. Ancaq saytımızın ictimai-siyasi yönlü olduğunu nəzərə alsaq, oxucularımıza o qədər də tanınmış olmaya bilərsiniz. Buna görə ilk sualım belə olacaq: Futbola gəlişiniz necə alınıb?
- Atam 1985-ci ildə SSRİ-nin II dəstəsində çıxış edən Naxçıvanın "Araz” komandasının rəisi idi. O vaxt rəhmətlik Böyükağa Hacıyev o komandada oynayırdı. 12-13 yaşım vardı və uşaqlıqdan futbolun içində idim. Futzala gəlişim isə 2004-cü ilə təsadüf edib. O vaxt Azərbaycan çempionatı keçmiş Əl Oyunları İdman Sarayında keçirilirdi. Onda biz öz təşəbbüsümüzlə dostların da köməyi ilə "Araz” futzal klubunu yaratdıq. Elə həmin il də Azərbaycan çempionu olub, 2005-ci ildən UEFA Kubokunda ölkəmizi təmsil etməyə başladıq. Dəfələrlə Azərbaycan çempionu olduqdan sonra bu, hobbidən peşəkar işə çevrildi. 2008-ci ildə isə Futzal Federasiyasına seçildim. Ölkə prezidenti cənab İlham Əliyevin idmana qayğısı futbola, eləcə də, avtomatik olaraq futzala da şamil olunurdu. Bu diqqətin və AFFA rəhbərliyinin dəstəyi nəticəsində futzal millimiz ilk dəfə 2010-cu ildə Avropa çempionatının final mərhələsinə çıxdı və ilk çıxışında dördüncü yeri tutaraq "kiçik bürünc” qazandı. Daha sonra "Araz” UEFA Kubokunda Dördlər Finalında çıxış etdi. SSRİ vaxtında "mini futbol” adlandırılandan futzal Azərbaycanda populyar olub. Bu gün Azərbaycanın Yüksək Liqası, I və II divizionları, eləcə də, həvəskarlar liqasında 40-dan çox komanda mübarizə aparır.

 - Qeyd etdiyiniz kimi, atanız böyük futbolda "Araz”da çalışıb. Siz niyə böyük futboldan yox, kiçikdən başladınız? Buna maliyyə gücü imkan vermirdi?
- Bilirsiniz, futzala gəlməyim də təsadüf olub. Buraya gəlmək fikrim yox idi. Sadəcə olaraq, futzalda komandalardan biri hansısa səbəbdən buraxılmışdı. Buna görə tanıdığımız futzalçılar – Rizvan Fərzəliyev, Vitali Borisov, Tofiq Mikayılov, Rəcəb Fərəczadə, Ağatahir Əzimov klubsuz qalmışdı. Biz özümüz də o vaxt həftədə 1-2 dəfə "Əl Oyunları”nda dostlarla yığışıb futzal oynayırdıq. İstər-istəməz bu oyunçularla da təmasımız olurdu. Məhz həmin komandanın dağılmaması üçün bu futzalçıları bir araya gətirdik və Naxçıvan şəhərində qeydiyyatdan keçdik. Fikirləşdik ki, bir müddətdən sonra bu həvəsimiz bitəcək. Amma altı aydan sonra özümüzü futzalsız təsəvvür edə bilmirdik (gülür).

- Bir ara "Araz”ın futbol komandası Premyer Liqada çıxış edirdi. Həmin komanda ilə hansısa uzaqdan bağlılığınız vardımı?
- O komandanın baş məşqçisi Böyükağa Hacıyev və köməkçilərini futbol oynayan vaxtlardan tanıyırdım. Amma o komandaya heç bir bağlılığım olmayıb.

- "Samaya” və ya "Səmayə” şirkətinin sizə məxsus olduğunu bilirik. Bu şirkətin xidmət çevrəsi hansı formadadır?
- Bu, sırf loqistik bir şirkətdir. Daşıma işləri ilə məşğul olur. Bu şirkət Azərbaycanda 15 ildən çoxdur ki, fəaliyyət göstərir. "Araz” futzal klubuna sponsorluq edir. Demək olar ki, şirkətin təsisçisi də mənəm.

 - Futzalda bu ildən braziliyalı legionerlərlə yollar ayrıldı. Bu qərar nə ilə əlaqədar idi?
- Ötən illərə baxanda futzal çox inkişaf edib. "Araz” iki dəfə UEFA Kubokunun Dördlər Finalında bürünc medal qazandı. Ardıcıllıqla beş dəfə Avropa çempionatında çıxış etdik. 2016-cı ildə millimiz Kolumbiyadakı dünya çempionatında yüksək səviyyədə mübarizə apardı. Futzalın qrandlarının içərisində beşinci yeri tutduq. Düzdür, bunda milliləşdirilmiş legionerlər çox dəstək oldu. Onların bizim futzalçıların yetişməsində böyük rolları var. Mən də bir azərbaycanlı kimi istəyirəm ki, öz oyunçularımız çıxış etsin. Bildiyiniz kimi, 23-24 nəfərdən ibarət U-19 futzal millimiz yaradılıb və bu komanda I divizionda oynayır. Bu komanda martda ilk dəfə Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Ümid edirəm ki, 23-ü də olmasa, onlardan 6-7 oyunçu əsas milliyə düşəcək. Yəni bu məsələ öz gənclərimizi yetişdirmək üçün verilib.

- Həm də bunu daha çox maliyyəni "Keşlə”yə ayırmaqla əlaqələndirmək olarmı? Çünki ötən ildən bu klubun Müşahidə Şurasının sədrisiniz...
- Bizim klubun baş sponsoru SOCAR-dır. Eləcə də, futzal çempionatının keçirilməsi də birbaşa AFFA tərəfindən maliyyələşir. Biz, sadəcə, çempionata nəzarət edirik, təcrübəmizi paylaşırıq, FIFA və UEFA tərəfindən sanksiyalarla üzləşməmək üçün qaydalara riayət etməyə çalışırıq. Düşünürəm ki, bu işin də öhdəsindən gələ bilirik.

 - Səhv etmirəmsə, Azərbaycan futbolunda üç fərqli postda işləyən yeganə adamsınız. Çətin deyil?
- Təbii ki, bu işi bir arada görmək məsuliyyət tələb edir. Şükür Allaha, hələlik öhdəsindən gəlirəm. Futzal Federasiyasının işçiləri də mənə kömək edir. Burada otura-otura o işi də görürük. Mən bilən hələlik məndən narazılıq yoxdur. Əsas məsuliyyətli iş isə AFFA İcraiyyə Komitəsindəki vəzifəmdir. Çünki həddindən artıq məsuliyyətli, çətin işdir. Azərbaycan futbolunun xeyrinə qərarlar çıxarmağa çalışırıq.

- AFFA İcraiyyə Komitəsinin üzvü kimi deyin: milliyə əcnəbi məşqçi gətirilməlidir, yoxsa futbolumuzu bilən azərbaycanlı?
- Fikrimcə, məşqçi bir komandanı çalışdırarsa, bu, daha yaxşı olar. Onun bütün fikri-zikri bir komandanın yanında qalar. Amma əsas məsələ, bütün klubların şahı milli komandadır. Sualınıza gəlincə, deyə bilərəm ki, əvvəlki təcrübə bizim milliyə əcnəbi məşqçinin daha çox uğur qazandırdığını göstərir.

- Jurnalistlərlə münasibətləriniz hazırda necədir?
- Həmişə onlara açıq biri olmuşam. Heç bir jurnalistlə indiyə kimi problemim olmayıb, yaxınlaşıblar, açıqlama vermişəm. Tənqidə də hər zaman açığam. Elə olub ki, futzalda tənqid olunmuşam, bunu oxuyub dərs çıxarmışam. Görmüşəm ki, doğrudan da, jurnalistin yazdığı kimi, hansısa addımı düz atmamışam. Haqlı tənqid olanda qəbul edirəm. Bəzən yazırlar ki, guya mən gedib restoranda kiminsə hesabını verirəm. Və yaxud sürücümü göndərirəm hesabı ödəmək üçün. Bu, gülünc məsələdir. Bu, nəinki həqiqətəuyğundur, heç yaxın deyil. Üç gün əvvəl o xəbəri oxuyanda 10-15 dəqiqə ürəkdən gülmüşəm. Amma yenə də bu jurnalistlərə də açığam, onlarla görüşməyə hazıram.

- Futbol aləmində dostunuz varmı?
- Futbola gəldikdən sonra kimləsə dostlaşmamışam. Amma futbol ictimaiyyətinin içində olanda istər-istəməz isti münasibətlər yaranır, oyunları müzakirə edirik, sevinəndə bir yerdə sevinirik, uğursuzluq olanda yollar axtarırıq. Bir növ özümüzə təsəlli veririk. Bununla belə, futbolda dostum var. Amma həmin adamla dostluğumuz futzala gəlməmişdən də əvvəl olub.

- Həmin adamın adını çəkə bilərsiniz?
- Həmin adam Elxan Məmmədovdur (AFFA-nın baş katibini nəzərdə tutur – S.M.). Onu lap əvvəldən tanıyırdım. Amma iş işdir, heç vaxt dostluğu işə qatmırıq. Hərənin özünə görə işi var. Sadəcə olaraq, ümumi işimiz Azərbaycan futboludur.

- Danışılmış oyunlarda təqsirləndirilərək futboldan uzaqlaşdırılmış "Keşlə”nin sabiq üzvləri – Nizami Hacıyev və Mirhüseyn Seyidovun günahsız olduğu deyilir. Onların futbola qayıdışı barədə sizdə məlumat var?
- Təəssüf edirəm ki, belə bir hadisə bizim klubda baş verdi. Hüquq-mühafizə orqanları tərəfindən onların günahı sübuta yetirilib və AFFA İntizam Komitəsi barələrində qərar çıxarıb. Onların apellyasiya vermək hüquqları vardı. Amma maraqlanmamışam ki, müraciət etdilər, ya yox. Ümumiyyətlə, o vaxtdan onlarla əlaqə saxlamamışam. Sübutları olsaydı, yəqin ki, hansısa klubda futbol oynayardılar.

 - "Keşlə” qış fasiləsinə çempionatda sondan ikinci pillədə yollandı. Ölkə kubokunda da mübarizəni dayandırdınız. Qış fasiləsindən sonra iddianız nə olacaq?
- Ötən il maliyyə çətinliyi komandaya, şəxsən mənə pis təsir etmişdi. Bu çətinliklərlə ölkə kubokunu ilk dəfə qazana bildik. Sevindirici haldır ki, qələbəmiz Cümhuriyyətin 100 illiyi gününə təsadüf etdi. İndiki durumumuza gəlincə, hələ avrokubokda çıxış etmək şansımız qalır. Qarşıdakı 14 oyunda mümkün qədər çox xal toplayıb Avroliqaya düşmək istəyirik. Bunun üçün də lazımi yerlərə transferlər edib, komandada nizam-intizamı qaydasına salmalıyıq (oxu.az).

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
14:50

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X