Portuqaliya XV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" doğma meydanda "Penafiel"i sınağa çəkib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fabio Abreunun 44-cü dəqiqədə vurduğu qol qonaqlara qələbə qazandırıb. Oyuna ehiyatda başlayan Dadaşov 63-cü dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Eştoril" 29 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az