Türkiyənin I liqa klubu "Altay" "Keşlə"nin futbolçusu Sertan Taşqını transfer etmək istəyir.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir təmsilçisi 22 yaşlı sağ cinah müdafiəçisini transfer siyahısına salıb. O, "Altay"a menecerlər tərəfindən təklif olunub.
Qeyd edək ki, Taşqın hazırda "Keşlə"nin əsas heyət üzvlərindən sayılır. O, indiyədək 75 oyunda 4 qol vurub və 12 dəfə Azərbaycanın U-21 yığmasında çıxış edib.
"Altay" mövsümün ilk yarısını 17 oyundan 17 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub. Hazırda İzmir komandası Antalyada təlim-məşq toplanışındadır. "Keşlə" isə 8 komandalı Azərbaycan Super Liqasında 14 turdan sonra 12 xalla 7-ci pillədədi.
Fanat.Az