"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstanın "Astana" klubunun ən yaxşı transferi seçilib.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən, PAOK-dan icarəyə götürülən Pedro Enrike 2018-in ən uğurlu transferidi. Səsvermədə ümumilikdə 4641 nəfər iştirak edib və 5 legioner - Riçard Almeyda, Pedro Enrike, Antonio Rukavina, Ranqelo Yanq və Junior Kabananqa arasında seçim edilib.
Serbiyalı müdafiəçi Antonio Rukavina (29,71 faiz) ikinci, konqolu hücumçu Junior Kabananqa (10,67 faiz) üçüncü yeri tutub. Milli komandamızın üzvü Riçard Almeyda isə "3-lüy"ə düşə bilməyib.
Fanat.Az