Moskva "Spartak" Aleksandr Səmədovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rusiya klubu Azərbaycan əsilli futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. "Spartak" 35 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Aleksandr Səmədov karyerası ərzində yalnız Moskva klublarının formasını geyinib. O, yetirməsi olduğu "Spartak"dan başqa, "Moskva", "Dinamo" və "Lokomotiv"də də çıxış edib. 2011-ci ildə Səmədov Azərbaycan yığmasının təklifini qəbul etməyərək Rusiya millisində oynamağa qərar verib. Təcrübəli futbolçu yığma karyerasını 2018-ci il dünya çempionatından sonra başa vurub.
Fanat.Az