"Qarabağ" futbolçusu Donald Gerrye vətəni Haitidə mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi həmyerliləri Mateo Filipp Koulz və Redondo El Prinsip Riçardla birlikdə Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyi tərəfindən təltif edilib.
Çapar Koulz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Haitiyə tarixi qızıl medal qazandırıb. Riçard isə amputasiyalı futbolçular arasında Meksikada keçirilmiş dünya çempionatının bombardiri olub. Hər üç idmançı ölkəni dünyada layiqincə təmsil etmiş səfirlər kimi mükafatlandırılıblar.
Onları əvvəlcə Haiti prezidenti Jovenel Moiz qəbul edib, daha sonra şərəflərinə təntənəli mərasim təşkil olunub. Haitili idmançılar fəxri diplomlarla mükafatlandırılıblar.
Fanat.Az