Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Fanat.Az xəbər verir ki, baş məqçi Miodraq Bojoviç heyətə 26 futbolçu daxil edib. Onların arasında Ramil Şeydayevlə yanaşı dünən Samara klubu ilə müqavilə imzalayan Azərbaycan əsilli Aleksandr Səmədov da var. Hazırlıq prosesi yanvarın 27-dək davam edəcək.
"Krılya Sovetov" yanvarın 22-də Slovakiyanın "Jilina", ayın 26-da Latviyanın "Riqa" klubları ilə yoxlama oyunu keçirəcək.
Fanat.Az