21:16 16.01.2019 1487

Qurban Qurbanov: \"Qol buraxmışıqsa, deməli, hardasa diqqətsizlik olub\"

"Qarabağ"ın baş məşqçisi  Qurban Qurbanov   Antalyada təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzduqları ilk yoxlama oyunundan sonra fikirlərini bildirib. O, küləyin hər iki komandaya çox mane olduğunu söyləyib.

- Oyun necə keçdi?
- Gördüyünüz kimi, külək hər iki komandaya çox mane oldu. Ancaq deyərdim ki, çox şeydən razı qaldım. Hansılar ki, məşqlərdə bunun üzərində işləyirdim, futbolçulardan tələb edirdim. Razı qaldığım epizodlar çox oldu. Ancaq texniki səhvlər, bəzi çatışmazlıqlar var. Bu da başadüşüləndir, ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı oyunda daha aktiv, daha mobil, daha çox düşünən bir komanda olacaq.

-  Buraxdığınız qol kuryoz oldu...
- Bəli, elə oldu. Standart vəziyyətlərdə belə qollar həmişə olur. Bəzən düşünmədiyin halda qapında top görürsən. Diqqətsizlik deməzdim. Hava şəraiti   hər şeyi idarə etməyə mane olurdu. Ancaq hər bir halda, qol buraxmışıqsa, deməli, hardasa diqqətsizlik olub.

- Əməliyyatdan qayıdan hücumçunuz İnnosent Emeqaranın yoxluğu hələ çoxmu davam edəcək?
- Xeyr. O, komandayla demək olar 2 gündür məşq edirdi. Bir az ehtiyat edirdik. Sabahdan tam olaraq komandayla hazırlığa qoşulacaq. Həkimlərlə məsləhət edəndən sonra yəqin ki, qarşıdakı oyunda 20-30 dəqiqə meydanda olacaq.

- Reynaldonun vəziyyəti necədir? Eşitdiyimizə görə, dizində şiş var...
- Bəli, Antalyada 3-cü məşqdə zədələndi. Sərt mübarizə epizoduna girdilər və onda ciddi zərbə aldı. Hiss olunur ki, dizində şiş var. Ancaq Reynaldo bu gün məşqə başladı. Yəqin ki, sabahdan meydana çıxacaq.

-  O da növbəti oyunda meydana çıxacaq?
-  Xeyr. Ola bilər ki, iki oyun komandayla olmasın.

- Bu gün Hannes Halldorssona şans tanımadınız. İslandiyalı qapıçınız növbəti oyunlarda olacaq, yoxsa yalnız məşqlərdə çalışacaq?
- İndidən heç nə demək olmaz. Qarşıdakı oyunlara baxacağıq. (qol.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X