"Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə tamamlayıb.
Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu çalışmaları icra ediblər.
Fanat.Az