Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Osmanlıspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:3.
Ufuk da bu görüşün iştirakçısı olub. Lakin start heyətdə meydana çıxan futboçu matçı sona çatdıra bilməyib. 57-ci dəqiqədə "sarı" görən millimizin üzvü 90-cı dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
"Boluspor” hazırda 28 xalla 18 iştirakçı arasında 7-ci pillədədi.
Fanat.Az