Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinqini açıqlayıb.
Fanat.az xəbər verir ki, Topaz Premyer Liqası 70-ci pillədə qərarlaşı. 306 xalı olan çempionatımız 2017-ci illə müqayisədə 20 pillə geriləyib.
Qeyd edək ki, siyahıya İspaniya La Liqası başçılıq edir - 1256 xal. İngiltərə Premyer Liqası 2-ci (1050 xal), Braziliya A Seriyası 3-cüdü (1043 xal).
Fanat.az