17:01 21.01.2019 2951

Nazim Süleymanov: “Cəmi 3 gün əsgərlikdə oldum”

"Əvvələ qayıtsaydım, yenə gəncliyimi idmana həsr edərdim və futbolu daha çox sevərdim” 

"Deyək ki, gənc futbolçu bir qızı sevir. Əgər, həqiqətən sevirsə, onu metroda, dayanacaqda, qapıdan çıxanda gözləyir, pəncərəsinin yanında saatlarla dayanır ki, qız bir dəfə ona baxsın. Bu cəhdlərinin qarşısında qızdan bir baxış istəyir, əlinin əlinə dəyməsi arzusu ilə yaşayır. Yəni, təkcə  "sevirəm” deməklə olmur, gərək həm də nazını çəkəsən. Əgər peşəni o qızı sevdiyin kimi sevirsənsə, nazını çəkirsənsə, o sevgi səni gec-tez göylərə ucaldacaq. Yəni, ola bilməz ki, futbolçu zəhmət çəksin, nəticəsi olmasın”. Bu sözlərin sahibi Azərbaycanın tanınmış futbolçusu, Rusiyanın "Alaniya” klubunun əfsanələrindən hesab olunan Nazim Süleymanovdur. Bu gün o, fəaliyyətini məşqçi kimi davam etdirir.

Söhbətə sevgi ilə başlamağımız təsadüf deyil, çünki o, öz sahəsini məhz bu cür sevib və əldə etdiklərini də o sevgiyə, çəkdiyi zəhmətə borclu olduğunu deyir.

"Səhərdən axşama qədər həyətdə oynayardıq, yorulmazdıq”

Müsahibimiz Sumqayıt şəhərində anadan olub. Uşaqlığı da elə o şəhərdə keçib: "Fəhlə sinfindən olan ailədə doğulmuşam. Valideynlərim zavodda işləyiblər. 4 bacı, 5 qardaş olmuşuq. Oğlanların balacası mən idim, hər iş dalınca məni göndərirdilər (Gülür). İndiki dövrlə müqayisə edəndə deyirik ki, görəsən, 9 uşağı necə böyüdüblər? Amma o vaxt uşaqlarla bağlı indiki qədər narahatlıq yox idi. 9 uşaq üçün hər şeyi çatdırırdılar. Uşaqlığım da elə Sumqayıtın küçələrində keçib”.
 


Futbola marağı da elə şəhərin küçələrindəki oyunlarla başlayıb: "Uşaqlıq dövründən danışanda ilk olaraq oynadığımız oyunlar yada düşür. Hər dövrün öz uşaqlığı, fərqli oyunları olur. "Çilə”, "Gizlənqaç” və s. kimi oyunlarımız var idi. İndi o oyunları görmürük, çünki bu günün uşaqlarının əyləncəsi başqadır. Səhərdən axşama qədər həyətdə oynayardıq, yorulmazdıq. Gündə 3-4 dəfə qidalanmırdıq, amma yemək yadımıza da düşmürdü. Buna baxmayaraq çox gümrah olurduq. Uşaq vaxtı idmanın müxtəlif növlərinə maraq göstərirdik. Hətta asfaltın üstündə xokkey belə oynayırdıq. Marağımız var idi, xoşumuza gəlirdi, amma gələcəkdə peşəmiz olacağını heç ağlımızdan keçirmirdik”.

Güləş, yoxsa futbol?

Həvəskar olaraq küçədə oynamaq başqa, amma iki idman növü – futbol və güləşlə həm də peşəkar şəkildə məşğul olur. Lakin gün gəlir ki, seçim etmək məcburiyyətində qalır: "Uşaq vaxtı idmanın çox növlərinə marağım var idi. Peşəkar olaraq həm futbola gedirdim, həm də güləşə. Cüt günlər bir idman növünün məşqi olurdu, tək günlər o birinin. Bazar günləri isə yarışlar keçirilirdi. Bir dəfə hər iki idman növünün yarışı eyni günə düşdü və mən qərar verməli idim ki, hansına gedirəm. Seçimim futbol oldu. Futbola sevgim öz yerində, amma həm də bir dəfə güləşin məşqində ayağım burxulmuşdu, seçimimə bunun da təsiri oldu. Ondan sonra artıq futbola kökləndim. Amma güləş mənə çox kömək etdi, cəldlik, anında reaksiya vermək cəhətdən çox şey öyrəndim”.

Orta məktəbdə əla qiymət aldığı fənn bədən tərbiyəsi olur, məktəbin sonuncu siniflərində isə idman təmayüllü sinifdə təhsil alır: "İlk olaraq Sumqayıtda 5 nömrəli məktəbə getdim. Orda təhsil 8 illik idi. Əlaçı olduğumu deməzdim, normal oxuyurdum. Bədən tərbiyəsi fənnindən qiymətlərim əla olurdu, riyaziyyatdan isə yaxşı qiymətləndirilirdim. Qalan fənlərdən isə orta deyək. 8 illik orta məktəbi bitirəndən sonra zəif oxuyanları o vaxt texniki peşə məktəblərinə yönəldirdilər. Orta və əla qiymətlərlə oxuyanlar 9-10-cu sinif təhsilini ala bilərdi. 9-10-cu sinif üçün idman təmayüllü 26 nömrəli məktəbə getdim. 10-cu sinfin 2-ci rübündən sonra Mingəçevirə köçməli oldum. Orta məktəbin davamını da orda oxudum”.
 


"Heç vaxt heyətdə oynamazdım”

Futbol klublarına düşməyi isə hələ 7-ci sinifdən olur: "O vaxt Sumqayıtın sintetik kauçuk zavodunu təmsil edən "Kaspi” adlı komanda var idi. 7-ci sinifdə oxuyanda onlar məni komandalarına dəvət etdilər. "Kaspi” Azərbaycan çempionatında oynayırdı. Mən uşaq idim, ona görə ehtiyat oyunçu kimi götürdürlər. Eyni zamanda Sumqayıtda "Neftçi” adlı klub da məni ehtiyat oyunçu kimi dəvət etdi. Hər bazar günü Bakıda "Neftçi”nin çempionatı olurdu, mən də gəlirdim. Amma heç vaxt heyətdə oynamazdım. Çünki komanda tam oturmuşdu, iştirakçılar da yaxşı oynayırdılar. Hələ onlardan zəif idim, ona görə ehtiyatda oturardım. 9-cu sinfə qədər belə gəldim. Əvvəllər Bakı çempionatı olardı, mən 9-da oxuyanda artıq Azərbaycan çempionatı keçirilməyə başladı. Biz də qrupa düşdük, "Şirvan” komandası ilə oynayacaqdıq. Axırıncı oyunların birində bizim heyətin bir oyunçusu zədələndi və məni onun yerinə oyuna buraxdılar. Orda özümü heç də pis göstərmədim. Qrup mərhələsində 2-ci yerə çıxdıq, finala vəsiqə qazandıq. 6-7 aydan sonra Ağdam şəhərində final oyunu baş tutdu. Yarımfinalda və finalda çox güclü komandalarla qarşılaşdıq və qalib gəldik. Finalda "Neftçi (Sumqayıt) olaraq Bakı "Neftçi”sini udduq və Azərbaycan çempionu adını qazandıq. Həmin dövrdə "Neftçi” komandasının əsas üzvü oldum”.

Həmin qələbədən sonra klublarını 5 oyunçusuna Mingəçevirin "Avtomobilçi” klubundan dəvət gəlir. Lakin bircə N.Süleymanov təklifi qəbul edir: "Komanda yoldaşlarımızdan heç biri Mingəçevirə getməyə razı olmadı. Amma mən fikirləşdim ki, getmək lazımdır. Çünki problem orta məktəbdirsə, onu orda da oxumaq olar. Üstəlik, təhsil ala-ala bizə maaş da verəcəkdilər. Bunun harası pis ola bilər? Düşündüm ki, futbol oynayıramsa, bunun sayəsində 26 nömrəli məktəbə qəbul oldumsa, təklifdən imtina etmək lazım deyil”.
 


Daha artıq məşq

Bu sahədə irəliləməsinin səbəblərinə gəlincə, N.Süleymanov daha çox məşq etməsini vurğuladı: "Məqsədim futbol oynamaq, bu sahədə irəli getmək idi. "Neftçi”də ehtiyatda olan futbolçu idim və klubun gündə bir dəfə məşqi olurdu. Dərsdən sonra məşqə gedirdik. Məktəbimiz idman təmayüllü olduğu üçün arada müəllimlərim dərsə girməməyə icazə verirdilər. Dərsə getməyib səhərlər tək məşq edirdim, dərs saatlarından sonra da komanda ilə. Hər dəfə məşqə gedərkən də yolda qaçırdım. Zala qaçaqaça gedirdim, məşqdən qayıdanda da eynilə. Bu cür məşqlər həm fiziki, həm də futbol düşüncəsi cəhətdən məni inkişaf etdirdi. Bunların sayəsində ehtiyatda olan idmançı əsas heyətə düşdü”.

Karyerası boyunca bir neçə klubda oynayıb: "Əvvəlkiləri qeyd etdim. 18 yaşımda "Neftçi” komandasının əsas heyətində Moskvanın "Spartak” komandasına qarşı oyuna əsas heyətdə çıxdım. 1983-cü ildən 90-cı ilə qədər "Neftçi”də oldum. 90-cı illərdə özümə qarşı yaxşı olmayan münasibət məni Azərbaycandan getməyə məcbur etdi. Moskvanın "Spartak” komandasına getdim. Yarım il orda oynadım, sonra Vladiqafqaz "Alaniya”sına keçdim, ordan da "Jemçujina”ya. Sonra da məşqçilik həyatı başladı”.
 


"...oyunçu olmağın həsrətini çəkirdim”

İdmanın bir çox növlərində olduğu kimi futbolda da müəyyən müddətdən sonra karyeranı məşqçi olaraq davam etdirməlisən. Lakin 18 illik futbolçu üçün məşqçiliyə keçid heç də asan olmur: "2000-ci ildə futbol karyerama son verdim, 2001-ci ildən məşqçi kimi davam etdim. Məşqçiliyə yeni başlayanda oyunçu olmağın həsrətini çəkirdim. Xüsusilə, "Jemçujina”da. Orda məşqçi olanda hərdən özümü futbolçu kimi hiss edirdim. Amma sonra özümə deyirdim ki, futbolçu karyeran qurtarıb, sən məşqçisən. Bunlar olan şeylərdir, yavaş-yavaş insan öyrəşir. Ondan sonra məşqçi olaraq öz bilik və savadını yeni gələnlərə ötürməyə çalışmalısan”.

Müsahibimiz deyir ki, gənclik illərini bütövlükdə futbola həsr edib: "Əgər o illərimi futbola həsr etməsəydim, bu gün Nazim Süleymanov olaraq heç kimin yadına düşməzdim. Əvvələ qayıtsaydım, yenə gəncliyimi idmana - futbola həsr edərdim və futbolu daha çox sevərdim”.
 


"İynə vurub məni oyuna çıxardılar”

"Neftçi”də oynadığı üçün hərbi xidmətdə ona güzəşt edilir: "O vaxt "Neftçi”yə respublika səviyyəsində dəstək var idi. Orda oynayanları hərbi xidmət üçün Bakıda saxlayırdılar. Cəmi 3 gün əsgərlikdə oldum. Andiçmədən sonra bizi hərbi hissədən çıxardılar. Əslində, ona hərbi xidmət də demək olmaz”. 

İdmançılar karyeraları boyunca aldıqları zədələri də unutmurlar. Onda da belə hallar yaşanıb, hətta zədəli olduğu halda oyuna çıxıb: "1985-ci ildə belimdən zədə aldım, onda Azərbaycandaydım. Hiss etdim ki, qaça bilmirəm. 6-7 ay futboldan kənar qaldım. Həm klub, həm rəhbərlik tərəfindən böyük dəstək oldu, müalicəm yaxşı keçdi. Yenidən futbola qayıtdım. Bir dəfə də Vladiqazfqazda olanda dizim ağrayırdı. Rəhbərliyə dedim, məni həkimə apardılar. Həkim müayinə etdikdən sonra dedi ki, oynaya bilər. İynə vurub məni oyuna çıxardılar. Üstündən xeyli vaxt keçdi, bir dəfə məşqdə ayağım açılmadı, təcili əməliyyata götürdülər. Əməliyyat olunanda həkim dedi ki, bəs tez əməliyyat olunsaydın, daha yaxşı olardı. Dedim, bəs siz o vaxtı mənə dediniz ki, oynaya bilərəm. Dedi, rəhbərliyin oyuna çıxmağını istəyirdi. Onların yanında mən bunu necə deyəydim? Əməliyyatlıq olduğum halda məni 7-8 oyuna çıxardılar. Bəzi məşqçilər futbolçudan istifadə edir, bəziləri insanın gələcəyini də düşünür. Onlarsa məndən istifadə etdilər. Düzdür, hər şey düzəldi, bir neçə ay sonra yenə işə çıxdım. Amma yenə də vaxtında edilməsi daha yaxşı olardı”.
 


"Fubtolçunun oğlu futbolçu olmalıdır” deyə bir şey yoxdur”

N.Süleymanovun 3 oğlu var, amma heç biri onun sənətini davam etdirmir: "Futbolçunun oğlu futbolçu olmalıdır” deyə bir şey yoxdur. Ola bilər, amma bu, şərt də deyil. Bir valideyn olaraq onları burda görmürəmsə, fikirləşirəm ki, başqa sahədə daha xeyirli ola bilərlər”.

Sonda N.Süleymanovun gənclərə məsləhətlərini də aldıq: "Təəssüf ki, bizdə sevgi deyəndə ancaq qadın və kişi münasibəti yada düşür. Amma insanın sevgisi çoxşaxəli olmalıdır. Ata-anaya, bacı-qardaşa, vətənə, həyat yoldaşına, övladlarına, yolda gördüyün kimsəsizə, ehtiyacı olana və s. hər kəsə sevgi göstərmək lazımdır. Eləcə də peşəmizə. Əgər hər hansı peşəni sevirlərsə, onu möhkəm sevsinlər. Qalan şeylər zamanla düzələcək”.
 


Mənbə: "Kaspi" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyun 2025
23:24

Bolqarıstan nəhəngi məşqçisiz qaldı

22:51

Super Liqa klubu almana tapşırıldı

22:46

"Napoli"nin futbolçusu La Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

22:20

"Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir" - Marko Rossi

21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

19:47

Totti Qasperinin "Roma"da uğur qazanacağına inanmır - AÇIQLAMA

19:10

"Asiya Futbol Konfederasiyası heç vaxt UEFA qədər pul verməyəcək" - Əli Əliyev

18:51

Yamalın qiyməti fantastik həddə çatdı - Planetin ən bahalısına çevrildi

18:11

Avropa çempionatı: Üç güləşçimiz yarımfinala yüksəldi

17:40

AFFA azarkeşlər üçün nəqliyyat ayırdı

17:03

"Futbolçularımda yüksək motivasiya var" - Santuş Macarıstanla oyundan gözləyir?

16:38

"Əlimizdən gələni edəcəyik ki..." - Bəhlul Mustafazadə

16:13

"İndi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım" - Françesko Totti

15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

10:09

DÇ-2026: İtaliya, Xorvatiya və Belçikanın ev sınağı - YENİLƏNİR

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

00:19

"Qısa müddətdə olan inkişaf məni sevindirir" - Ayxan Abbasov

00:14

Bellingemin Almaniya nəhəngində alacağı məbləğ bilindi - SON DURUM

08 İyun 2025
23:40

"Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq" - Yozua Kimmix

23:16

Deşam Almaniya üzərində qələbədən sonra nə danışdı?

22:57

Azərbaycanın basketbol millisi finala vəsiqə qazandı

22:23

"Birinci hissədə Fransaya üç-dörd qol vura bilərdik" - Yulian Nagelsman

21:53

U-21 Monteneqro ilə sülh bağladı

21:19

Millinin Latviya ilə matçına sözardı

Facebookdan bizi izləməyi unutmayın.
X