Bolqarıstanın "Botev" klubunun futbolçusu Qustavo Zauerin "Qarabağ"a keçidi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun təklifindən imtina edən braziliyalı yarımmüdafiəçi Portuqaliyanın "Boavişta” klubuna keçib.
Portuqaliyalılarla 2021-ci ilin yayınadək müqavilə imzalayan 25 yaşlı futbolçu "Qarabağ"dan başqa Portuqaliyanın "Vitoriya" və Polşanın "Legiya” klublarından da təklif almışdı.
Qeyd edək ki, karyerası ərzində Braziliyanın "Joinville", "Metropolitano", "Parana", Ermənistanın "Qandzasar", Cənubi Koreyanın "Daejeon Citizen" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klublarında top qovub. O, 2017-ci ildə "Botev"ə transfer olunub.
Fanat.Az