Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Keşlə” növbəti sınaq oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri 3-cü yoxlama görüşündə Qazaxıstan təmsilçisi "Atırau” ilə qarşılaşıb.
"Starlight Resort Hotel”in meydançasında baş tutan oyunda hesabı təmsilçimiz açıb. Rəqib qapısına Nikola Mitroviç yol tapıb.
Lakin "Keşlə” Qazaxıstan klubu ilə bacarmayıb. 3 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Keşlə” ilk iki oyununda Özbəkistanın gənclər millisi ilə bərabərliyə razılaşmış (0:0), Vranye "Dinamo”suna isə uduzmuşdu – 0:2.
Yoxlama oyunu
23 yanvar
Keşlə (Azərbaycan) - Atırau (Qazaxıstan) 1:3
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 9. Amil Yunanov, 11. Vüsal İsgəndərli, 17. Samir Məsimov, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 25. Con Kamara, 33. Tərlan Quliyev, 94. Seymur Əsədov.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov,, 7. Emin Mehtiyev, 10. Ruslan Nəsirli, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 80. Dialo Samba, 90. Valeri Kutsenko, 93. Edvinas Girdvainis.
Antalya. "Starlight Resort Hotel”.
Fanat.Az